Qulu Məhərrəmlinin işi üzrə məhkəmə təxirə salındı

Qulu Məhərrəmlinin işi üzrə məhkəmə təxirə salındı


Nəsimi rayon Məhkəməsində telejurnalist Qulu Məhərrəmli İTV-nin əməkdaşı Rauf Rəcəbova qarşı iddiası üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatına görə, buna R. Rəcəbovun vəkili Elnur Quliyevin prosesdə iştirak etməməsi səbəb olub. Proses mayın 25-dək təxirə salınıb.

Qeyd edək ki, Q. Məhərrəmli R. Rəcəbova qarşı xüsusi ittiham qaydasında iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edib. Q. Məhərrəmli iddia ərizəsində "AzTV"nin barəsində çəkdiyi videoda R. Rəcəbovun ona qarşı təhqir səsləndirdiyini bildirib. Səbael rayon Məhkəməsi isə ərizəni baxılmaq üçün Nəsimi rayon Məhkəməsinə göndərib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
874 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...