Kadırov haqda film youtube-dən silindi

Kadırov haqda film youtube-dən silindi

“Youtube” video şəbəkəsi Kadırov haqda çəkilən tənqidi “Ailə” filmini bloklayıb.

Avropa.info xəbər verir ki, bu haqda “Açıq Rusiya” təşkilatının saytında məlumat yayılıb. Videonun bağlanmasına səbəb “T&K Prodakşn” şirkətinin sahibi İlyas Sınbulatovun müəlliflik haqqı ilə şikayət etməsi olub. Ancaq Sınbulatov göstərməyib ki, filmin hansı fraqmentini müəllif hüququna aid edir.

“Açıq cəmiyyət” təşkilatı filmin bərpa olunması tələbi ilə “Youtube”a etiraz göndərib. Əgər “Youtube” müəllif hüququnun pozulmadığını qəbul edərsə, film bərpa olunacaq.

Kadırov rejiminin tənqidinə həsr olunmuş “Ailə” sənədli filmi 25 mayda işıq üzü görmüşdü. Filmdə Ramzan Kadırovun atasının adına olan Əhməd Kadırov Fonduna zorla xərac toplanmasından, dövlət dotasiyalarının talanmasından danışılırdı.

25 maydan bu yana filmə 900 min baxış olmuşdu.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 433 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...