BDU və Şanxay Universiteti Anlaşma Memorandomu imzaladı FOTO

BDU və Şanxay Universiteti Anlaşma Memorandomu imzaladı

Bakı Dövlət Universiteti (BDU) və Şanxay Universiteti Anlaşma Memorandomu imzalayıb.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Çin Xalq Respublikasının Şanxay Universitetindən olan nümayəndə heyəti ilə görüşüb. BDU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən GUNDEMİNFO.AZ-a verilən məlumata görə, nümayəndə heyətinin rəhbəri Sya Syaoxe BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Rektor Abel Məhərrəmov qonaqlara BDU haqqında məlumat verib, universitetdə tədris olunan çin dili və ədəbiyyatı, o cümlədən Konfutsi İnstitutu haqqında danışıb. Qonaqlar universitetlə tanışlıqdan məmnunluqlarını bildiriblər.

Görüşün sonunda universitetlərarası beynəlxalq əlaqələrin inkişafı barədə Anlaşma Memorandumu imzalanıb. Memorandumda tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmalar aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırma məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak nəzərdə tutulur.

Görüşdə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin çin dili və ədəbiyyatı ixtisası üzrə doktorantı Li Jen Yinə Şanxay Universitetinin dipdomu təqdim edilib. Məlum olub ki, Li Jen Yin bundan sonra Şanxay Universiteti ilə Bakı Dövlət Universiteti, o cümlədən Azərbaycanın digər universitetləri ilə əməkdaşlıq üzrə məsul şəxs kimi fəaliyyət göstərəcək.

BDU və Şanxay Universiteti Anlaşma Memorandomu imzaladı


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 652 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...