Jurnalistlərin Müdafiəsi Komitəsi BMT-də məsləhətçi statusu ala bilməyib

Jurnalistlərin Müdafiəsi Komitəsi BMT-də məsləhətçi statusu ala bilməyib


Jurnalistlərin Müdafiəsi Komitəsi (JMK) BMT-də konsultativ (məsləhətçi) statusu ala bilməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq qərar BMT-nin Qeyri Hökumət Təşkilatları üzrə Komitəsi tərəfindən qəbul olunub.

JMK-nın hələ 2012-ci ildə verdiyi müraciətin “əleyhinə” 10 səs, “lehinə” 6 səs verilib, daha 3 üzv ölkə “bitərəf” olub. JMK-ya BMT-də məsləhətçi statusunun verilməsinə qarşı çıxış edən ölkələr arasında Çin, Rusiya və CAR da var.

BMT-nin Qeyri Hökumət Təşkilatları üzrə Komitəsinə 19 ölkə daxildir. Komitənin hazırkı üzvləri Azərbaycan, Burundi, Venesuela, Yunanıstan, Qvineya, İsrail, Hindistan, Çin, Kuba, Mavritaniya, Nikaraqua, Pakistan, Rusiya, Sudan, ABŞ, Türkiyə, Uruqvay, Cənubi Afrika Respublikasıdır.

BMT baş katibinin rəsmi nümayəndəsi Farhan Xak BMT Komitəsinin qərarını şərh etməkdən imtina edib. O, BMT və Pan Qi Munun JMK ilə qarşılıqlı fəaliyyət göstərdiyini qeyd edib.

ABŞ-ın müstəqil QHT-si hesab edilən JMK-nın mənzil qərargahı Nyu Yorkda yerləşir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
736 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...