"Azercell-in prezidenti nüfuzlu mükafata layiq görülüb"

"Azercell-in prezidenti nüfuzlu mükafata layiq görülüb"


Ölkənin lider mobil operatoru Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev nüfuzlu beynəlxalq “The Business Year” dərgisi tərəfindən “İlin şirkət rəhbəri” mükafatına layiq görülüb. Vahid Mürsəliyev istehlakçıların məlumatlandırılması və maarifləndirilməsi, həmçinin Azərbaycanda pərakəndə satış təcrübəsinin səviyyəsini yüksəltmək üçün innovativ vasitə olan “Azercell Ekspress” Ofisin yaradılmasına görə bu mükafatla təltif olundu.

“İlin şirkət rəhbəri” mükafatı müxtəlif sahələrdə böyük uğurlar əldə edən rəsmi şəxslərə, kommersiya və qeyri-hökumət strukturlarına rəhbərlik edən şəxslərə təqdim olunur. Mükafatı Azercell-in rəhbərinə AR Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 25 may tarixi, Four Seasons otelində baş tutan təntənəli mərasimdə təqdim edib.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mükafatın təqdimat mərasimində çıxış edən Vahid Mürsəliyev Azercell-in Azərbaycanda telekommunikasiya sahəsinin inkişafında oynadığı roldan, gələcək perspektivlərdən danışıb. Lider operatorun qeyri-neft sektorunda ölkəmizin ən iri vergi ödəyicisi olduğunu bildirən şirkətin rəhbəri gələcəkdə də Azərbaycan iqtisadiyyatına töhfə verəcəklərini söyləyib.

Məlumat üçün bildirək ki,“The Business Year” dünyanın ayrı-ayrı bölgələrində iqtisadi prosesləri yaxından izləyən, onu peşəkar şəkildə işıqlandıran, təhlil edən və müsbət təcrübələri öz auditoriyası ilə bölüşən nüfuzlu nəşrdir.Jurnal bir çox ölkələrin sosial-iqtisadi durumu və inkişaf meyilləri, biznes və investisiya mühiti, aparıcı şirkətləri və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. 2011-ci ildən Azərbaycan ilə yaxından əməkdaşlıq etməyə başlayan “The Business Year” nəşri ötən altı ildə ölkəmizə həsr etdiyi xüsusi buraxılışlarda Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı və onun ayrı-ayrı seqmentləri, sosial, mədəniyyət, idman və cəmiyyət həyatının digər sahələrini hərtərəfli əks etdirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
873 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...