“Nar” qonşu ölkələrlə rominq qiymətlərinə 80%-dək endirim etdi

“Nar” qonşu ölkələrlə rominq qiymətlərinə 80%-dək endirim etdi


İyun ayının 1-dən etibarən “Nar” operatoru “1 zona – 1 qiymət” sisteminə yeni zona əlavə etdi. Yeni zona “Qonşu ölkələr” adlanır. Adından göründüyü kimi, bu zonaya Azərbaycana ən yaxın qonşu ölkələr – Gürcüstan, Rusiya, Türkiyə, İran və Qazaxıstan daxildir. Azərbaycanlıların bu ölkələrə daha çox səfər etdiklərini nəzərə alan “Nar”, müştərilərin rahatlığı üçün rominq qiymətlərində 80%-dək endirim etdi.

“Nar” operatorunun rominq qiymətləri zonalara əsasən müəyyən olunur. Zona daxilində seçilən xarici mobil operatordan asılı olmayaraq, qiymətlər sabitdir. Bundan başqa, “Nar” nömrələrində rominq xidmətini aktivləşdirmək üçün heç bir depozit balansa ehtiyac yoxdur. Belə ki, “Nar” nömrələrində bu xidmət, bir qayda olaraq, öncədən aktiv statusda olur.

Yeni zonalar, rominq qiymətləri və rominq xidmətindən istifadə haqqında ətraflı məlumatı mobil operatorun rəsmi internet səhifəsindən öyrənmək olar: nar.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
878 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...