Son iki ayda Azərbaycanda 24 nəfəri ilan sancıb

Son iki ayda Azərbaycanda 24 nəfəri ilan sancıb


"Bu ilin aprel-may aylarında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ilan sancmaları diaqnozu ilə 24 nəfər müraciət edib. Onlardan 13 nəfəri şöbəyə qəbul edilib".

"Report"un məlumatına görə, bunu şöbənin müdiri Azər Maqsudov keçirdiyi brifinqdə deyib.

O bildirib ki, son 2 ayda iki nəfəri əqrəb sancıb: "Digər 2 müraciət isə qara qurd zəhərlənməsi ilə bağlı olub. Lakin həkimlərin müayinəsindən sonra həmin şəxslərə zəhərlənmə diaqnozu qoyulmayıb".

Şöbə müdiri əlavə edib ki, ilan sancmaları əsasən Bakı və paytaxta yaxın ətraf ərazilərdə, eləcə də daş karxanalarında çalışan fəhlələr arasında olur: "Bundan başqa, Şamaxı, Ağsu, Qəbələ, Şəmkir, Tovuz və cənub bölgələrində ilan sancmaları faktları qeydə alınır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
936 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...