Tətilçilər Avropa çempionatının kubokunu qəsb etdilər

Tətilçilər Avropa çempionatının kubokunu qəsb etdilər


Fransada Avropa çempionatının kubokunun olduğu qatar saxlanılıb. Musavat.com TASS agentliyinə istinadən bildirir ki, Parisin Şimal vağzalında dəmiryolçuların tətilinin iştirakçıları Avropa çempionatının əsas qənimətinin-kubokun olduğu qatarı saxlayıblar.

Avropa çempionatı kubokunun Fransa şəhərləri üzrə gəzdirilməsini təşkil edən tur təşkilatçılarının nümayəndəsi xəbəri təsdiq edərək, hazırda kubokun tətilçilərin nəzarətində olduğunu bildirib. Öz növbəsində etirazçıların aksiyaları barədə məlumatlaırn yığıldığı fransız internet resursu Paris-lutte.info bildirib ki, nümayişçilər Bakı vaxtı ilə 12.15-dən qatarın qarşısını kəsib saxlayıblar.

Bundan başqa, saytda vağzalın platformasında əlində “imtina etməzsəniz, kubok olmayacaq” transparantını tutan adamın görüntüsü yayılıb. (Söhbət hökumətin əmək qanunvericiliyinə gətirmək istədiyi dəyişikliklərdən gedir-red.) Avropa çempionatının kuboku Parisə çərşənbə günü iki aylıq Fransa turnesindən sonra gəlib çatıb. Aprelin 1-dən bu yana o Fransanın 25 şəhərində gəzdirilib. Kubok qatarda futbol muzeyi kimi təchiz edilən vaqonda saxlanılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
919 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...