Yağıntılar çaylarda suyun səviyyəsini 1 metr artırıb

Yağıntılar çaylarda suyun səviyyəsini 1 metr artırıb


Ötən gün ölkədə yağan leysan xarakterli intensiv yağışlar nəticəsində respublika çaylarında sululuğun artımı müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 10-12, Kiçik Qafqazın çaylarında 10-20, Lənkəran-Astara bölgəsi çaylarında 25-35 sm intervalında artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-80 sm, Kiçik Qafqazın çaylarında 100-170 sm, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-120 sm faizini təşkil edir.

İyunun 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 410 m3/s olmaqla ongünlük normanın 68 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 367 m3/s olmaqla ongünlük normanın 61 faizini təşkil edib.

İyunun 10-da yağan leysan xarakterli yağış nəticəsində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 89 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 284 m3/s olmaqla, ongünlük normanın 145 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 188 m3/s təşkil edərək ongünlük normanın 96 faizinə bərabər olub.

İyunun 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 25, Salyanda 3, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 363 sm (2015-ci il iyunun 10-da 332 sm), Salyanda 127 sm (2015-ci il iyunun 10-da 90 sm), Bankədə 197 sm (2015-ci il iyunun 10-da 173 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 sm (2015-ci il iyunun 10-da 30 sm) təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
866 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...