Nüsrət Kəsəmənlinin şeirlər dəftəri hərraca çıxarıldı - Ailəsi isə narazıdır FOTOLAR

Nüsrət Kəsəmənlinin şeirlər dəftəri hərraca çıxarıldı - Ailəsi isə narazıdır


Xalq şairi Nüsrət Kəsəmənlinin əlyazması olan şeirlər dəftəri hərraca çıxarılıb.

Dəftər sosial şəbəkə vasitəsilə auksion və hərraclar təşkil edən səhifədə nümayiş etdirilir. Şeirlər üçün ilkin qiymət 200 manat nəzərdə tutulub.

Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli AzNews.az-a açıqlamasında atasına aid əlyazma şəklində olan şeirlər dəftərinin hərraca çıxarılmasından xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, bununla bağlı Kəsəmənlilər ailəsi məlumatlandırılmayıb: “Ola bilər ki, kimdəsə vərəqlər var. Nüsrət Kəsəmənlinin ailəsinin adından deyirəm ki, onun adına feysbuk səhifəsi yoxdur. Biz belə bir səhifə işlətmirik. Sadəcə şeirlərini paylaşanlar var”.

R.Kəsəmənli qeyd edib ki, əgər deyilənlər doğru olarsa, mərhumun varisi tərəfindən hüquqi addım atılacaq.


Nüsrət Kəsəmənlinin şeirlər dəftəri hərraca çıxarıldı - Ailəsi isə narazıdır
Nüsrət Kəsəmənlinin şeirlər dəftəri hərraca çıxarıldı - Ailəsi isə narazıdır



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
933 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...