Kilsənin həyətində xəzinə basdıran sabiq nazir tutuldu

Kilsənin həyətində xəzinə basdıran sabiq nazir tutuldu


O, 8,5 milyon dolları gizlətməyə çalışıb.Argentinada kilsənin yanında xəzinə basdırmağa çalışan keçmiş nazir tutulub. ANS PRESS-in məlumatına görə, Argentinanın İctimai işlər naziri olan Xose Lopes Buenos-Ayres yaxınlığında 8,5 milyon dollar pulu torpağa basdırmaq istəyib. Lakin onun bu arzusu yarımçıq qalıb.

Polis idarəsinə naməlum şəxsin kilsənin ətrafında gəzməsi barədə zəng daxil olub. Hadisə yerinə yollanan polis onu iş başında tutub.

Polisləri görən sabiq məmur özünü itirməyib. Əvvəlcə o, güc strukturlarını ələ almağa çalışıb. Amma görəndə ki, bu, keçərli deyil, o, rahibləri inandırmağa çalışıb ki, pulları monastıra hədiyyə etmək istəyirdi. Amma polislər buna imkan vermir, onları oğurlamaq istəyirlər.

Polislər kilsənin ətrafında külli miqdarda dollarla yanaşı, avro, yapon yeni, Qətər rialı olan 160 bağlama götürüb.

Xose Lopes Kristina Fernandes de Kirşner hökumətində çalışıb. Kişner 2007-2015-ci illərdə Argentinada prezident postunu tutub.

Kilsənin həyətində xəzinə basdıran sabiq nazir tutuldu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
854 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...