BVF özəlləşməni sürətləndirməyi tövsiyə edir

 BVF özəlləşməni sürətləndirməyi tövsiyə edir

Beynəlxalq Valyuta Fondu maliyyə sabitliyini təmin etmək üçün Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsini sürətləndirməyi tövsiyə edir. Bakıda işgüzar səfərdə olan BVF missiyasının rəhbəri Raca Almarzoqi belə deyib. BVF Beynəlxalq Bankın həcminin kiçildilməsi və müfaviq qaydada şəffaf formada özəlləşdirilməsinə yol açmaq məqsədilə bankın beynəlxalq miqyasda qəbul edilmiş prinsiplərə uyğun restrukturizasiyasında israr edir. «AMB-i nəzarət etdiyi təsisatın natamam sahibi kimi qəribə bir vəziyyətə salan Azərbaycan Beynəlxalq Bankına verilən subordinasiya kreditləri banklar üzərində nəzarəti çətinləşdirir», deyə BVF-də hesab edirlər.

Qeyd edək ki, dövlət ABB-də 51% səhmə nəzarət edir. Bir neçə il öncə hökumət yenidən dövlətin payının özəlləşdirilməsinə başlayıb. Bu məqsədlə beynəlxalq hüquq və auditor şirkətlərindən ibarət konsorsium cəlb edilib. 2013-cü ildə proses dayandırılıb. Formal səbəb kapitallaşma artımı idi. Amma o da məlum idi ki, hakimiyyətin müəyyən eşelonlarında bu ideyaya müqavimət göstərilir.

Bu ilin mart-mayında problemli kreditlərlə bağlı ABB ətrafında ciddi proseslər gedib. Onların həcminin bir neçə mlrd dollar olduğu deyilir. Hüquq mühafizə orqanları kreditlərin qaytarılmasına cəlb edilib və onların bir hissəsi qaytarılıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...