Sabahdan bu marşrutlarda nağd ödəniş olmayacaq

Sabahdan bu marşrutlarda nağd ödəniş olmayacaq


Bakı şəhərində ictimai nəqliyyatda sərnişin axınının tənzimləməsi, habelə sərnişinlərin hərəkətinin rahat təşkil edilməsi məqsədilə sentyabrın 1-dən etibarən bir sıra marşrut xətlərində ödəniş haqqı vahid kartla yerinə yetiriləcək.

Bunu Report-a "Xaliq Faiqoğlu" MMC-dən bildiriblər. Məlumata görə, sabahdan etibarən şirkətin istismarında olan 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xəttlərində “Bakı Kart” sisteminə keçidlə əlaqədar nağd ödənişlər qəbul olunmayacaq.

"Bu məqsədlə şirkət rəhbərliyi vətəndaşlardan “Bakı Kart” ödəniş kartlarını əldə etməsini xahiş edir", - məlumatda qeyd edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...