Mirşahin Ağayevin vəziyyəti pisləşib?

Mirşahin Ağayevin vəziyyəti pisləşib?


Bu gün bir sıra saytlarda ANS telekanalında yeni mövsümlə bağlı anons çəkilişlərinin başlanması haqda məlumatlar yayılıb.

Yayılan məlumatda artıq bir neçə verilişin yeni anonslarının çəkildiyi, telekanalın yayımını bərpa edəcəyi bildirilirdi.

Yayılan məlumatla bağlı Bizimyol-un əməkdaşı ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayevlə əlaqə saxlayıb. O açıqlamasında yayılan məlumatların əsassız olduğunu, bağlanmış telekanalın heç bir anons çəkə bilməyəcəyini bildirib.

Mirşahin Ağayev eyni zamanda açıqlamasında zorla danışa bildiyini, özünün xəstə olduğunu bildirib.

Qeyd edək ki, ANS telekanalının yayımı bu il iyul ayının 18-dən MTRŞ-nın məlum qərarı ilə dayandırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
882 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...