"Metsamor" AES-lə bağlı məxfi materiallar üzə çıxa bilər

"Metsamor" AES-lə bağlı məxfi materiallar üzə çıxa bilər


"Metsamor" atom elektrik stansiyası (AES) təkcə Ermənistan üçün deyil, həm də bütün Cənubi Qafqaz regionu üçün təhlükə ocağına çevrilib.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu mütəxəssis, bu yaxınlarda "Metsamor" AES-dən işdən qovulmuş Aleksandr Ovakimyan deyib.

O bildirib ki, daha əvvəl Müdafiə Nazirliyinin əks-kəşfiyyat orqanlarında çalışarkən AES barədə bəzi məxfi məlumatlar əldə edib. Həmin məlumatlar ictimaiyyətdən gizlədilib.

A.Ovakimyan qeyd edib ki, Ermənistan hökuməti AES-i yaxın vaxtlarda bağlamasa, həmin məlumatları KİV-lə bölüşəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
839 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...