“Azərbaycan mənim ürəyimdir” - Vassoura

“Azərbaycan mənim ürəyimdir” -


Futzal üzrə dünya çempionatının final mərhələsində çıxışını davam etdirən Azərbaycan millisi 1/8 finalda Taylandla qarşılaşacaq. Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, asiyalılarla oyundan öncə FIFA-nın təşkil etdiyi mətbuat konfransına yığmamızın hücumçusu Oliveira Villiams de Nascimento da qatılıb.

Qısaca Vassouro adlanan millimizin 10 nömrəsi görüşlə bağlı bunları söyləyib: “Dünya çempionatında iştirak edən braziliyalıların sayı çoxdur. Təbii ki, hər kəs seçimində azaddır. Azərbaycan mənim ürəyimdir, sevdiyim ölkənin uğur qazanması üçün hər zaman çalışıram.

Tayland yığması ilə oyuna gəldikdə, asan oyun olmayacaq. Rəqibimizin hazırkı heyəti 4-5 ildir bir yerdə çıxış edir. Bir növ son oyunda heç-heçə etdiyimiz İran kimi.

Üstəlik, təcrübəli baş məşqçiləri var. Taktiki planda çox güclü mütəxəssisdir. Üç ilə yaxındır bu komanda ilə birgə işləyir. Aut və kornerlər zamanı müxtəlif “ev tapşırığı” yerinə yetirirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
758 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...