Azərbaycanlı jurnalistlərdən BMT nümayəndəsinə ETİRAZ

Azərbaycanlı jurnalistlərdən BMT nümayəndəsinə


Ölkəmizdə səfərdə olan BMT-nin xüsusi məruzəçisi Mişel Forst Bakıda mətbuat konfransı keçirib. O, Azərbaycandakı insan hüquqları üzrə araşdırmaların ilkin nəticələrini açıqlayıb.

AzVision.azxəbər verir ki, BMT rəsmisi mətbuat konfransında jurnalistlərə qarşı sayğısızlıq nümayiş etdirib. O, jurnalistlər arasında ayrı-seçkilik edərək, yalnız müxalif yönümlü media qurumlarının nümayəndələrinə sual verməyə şərait yaradıb.

Mişel Forstun bu hərəkəti mətbuat konfransında iştirak edən jurnalistlərin ciddi narazılığına səbəb olub.

Bir qrup müstəqil jurnalist, o cümlədən “APA” agentliyinin əməkdaşı Ramiz Mikayıloğlu, “Publika.az” xəbər portalının əməkdaşı Vasif Həsənli, “Azvision.az” saytının əməkdaşı Elvin Abdulqədirov, “Trend” agentliyinin əməkdaşı və digər media təmsçilçiləri çıxış üçün söz alaraq, Mişel Forsta etirazlarını bildiriblər.

Jurnalistlər Mişel Forsta irad tutaraq vurğulayıblar ki, sözügedən hesabat hazırlanarkən, yalnız müxalif yönümlü QHT-lərin, partiyaların və media qurumlarının mövqeyi dinlənilib: “Bu isə qərəzli və təxribat xarakterlidir”, deyə jurnalistlər əlavə ediblər.

Xatırladaq ki, BMT-nin xüsusi məruzəçisi Mişel Forst 14-22 sentyabr tarixlərində insan hüquqları müdafiəçilərinin vəziyyətini araşdırmaq üçün Azərbaycanda rəsmi səfərdədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...