Maliyyə Nazirliyindən bəzi KİV-lərə xəbərdarlıq

Maliyyə Nazirliyindən bəzi KİV-lərə xəbərdarlıq


"Ötən gün bəzi xəbər saytlarında Maliyyə Nazirliyinin xəzinədarlıq sisteminin çökməsi ilə bağlı əsassız məlumatlar dərc edilib". Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir:

"Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi fasiləsiz və tam funksionallığı ilə real vaxt rejimində fəaliyyət göstərir. Həmin sistem vasitəsilə büdcə təşkilatların xərcləri vaxtlı-vaxtında həyata keçirilir. Odur ki, ictimaiyyətə qeyri dəqiq və yanlış məlumatı çatdıran saytlardan həqiqətə uyğun olmayan informasiya ilə bağlı təkzibin dərc olunması tələb olunur", - deyə açıqlamada qeyd olunur.

Maliyyə Nazirliyi xəbərdarlıq edir ki, bu cür həqiqəti əks etdirməyən məlumatlar təkrarən kütləvi informasiya vasitələrində yayıldığı halda qurum tərəfindən həmin saytlara və onların təsisçilərinə dair mövcud qanunvericiliyə uyğun sərt addımlar atılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
837 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...