Vahid Mustafayev ANS-çilərə film çəkməyi təkilf etdi - toplantı

Vahid Mustafayev ANS-çilərə film çəkməyi təkilf etdi -


[
size=3]ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bir neçə gün öncə keçmiş işçiləri ilə görüşüb.

Ölkə.az-ın əldə etdiyi məlumata görə, Mustafayev əməkdaşlara telekanalın bir daha açılmayacağını deyib və "Bakıfilm" studiyası ilə işlərinə davam edə biləcəklərini söyləyib. Yəni, film sahəsindən anlayışı olan əməkdaşlar "Bakıfilm"ə dəvət olunub. Ancaq bir çox əməkdaş onun bu təklifindən imtina edib. Bəziləri isə Mustafayevin təklifini qəbul ediblər.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına bir neçə instansiyada baxılıb və telekanalın lisenziyası ləğv edilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...