ƏDV-dən azad edilən xidmətlərin siyahısı genişlənir

 ƏDV-dən azad edilən xidmətlərin siyahısı genişlənir


Azərbaycanda əlavə dəyər vergisindən (ƏDV) azad edilən xidmətlərin siyahısı genişləndirilir.
Parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər məsələsi müzakirə edilib.

Dəyişiklik barəsində məlumat verən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dəyişikliyin əsas mahiyyəti tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidmətinə görə ƏDV tutulmayacaq.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi Məcəllənin 165.1.4-cü maddəsində dəqiqləşdirilmə aparılmaqla tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidmətlərindən ƏDV-nin 0 dərəcə ilə tutulması məqsədi ilə hazırlanıb. Xatırladaq ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 19-da keçirilən iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...