Məhkəmə “Apple”i 302 milyon dollar cərimələdi

Məhkəmə “Apple”i 302 milyon dollar cərimələdi


ABŞ məhkəməsi “Apple” korporasiyasından patent saxlayıcısı “VirnetX” kompaniyasına 302,4 milyon dollar həcmində cərimə ödəməyi tələb edib. Bu qərar Texasda keçirilən dinləmələrdə “Apple”i “VirnetX” kompaniyasına məxsus texnologiyalardan qanunsuz istifadə etməkdə günahkar bilən federal andlılar məhkəməsi tərəfindən çıxarılıb.

GUNDEMİNFO.AZ AzərTac-a istinadən xəbər verir ki, “Apple” korporasiyası “VirnetX”in iki patentinə dair hüququnu pozub. Onlardan biri videozənglər üçün istifadə olunan “FaceTime” proqramına, digəri isə multimedia serverindən şəbəkə vasitəsi ilə videokontent istifadəçisinə “sorğu üzrə video” fərdi çatdırılma sisteminə aiddir.

“VirnetX” şirkəti “Apple” korporasiyasına qarşı dəfələrlə iddia qaldırıb. 2012-ci ildə məhkəmə iddianı təmin edib və “Apple”i 368 milyon dollar cərimələyib. Lakin sonradan apelyasiya məhkəməsi həmin qərarı ləğv edib. Yaxın zamanlarda analoji vəziyyət yenidən təkrarlanıb: cari ilin fevral ayında korporasiya 625 milyon dollar həcmində cərimələnsə də, bu qərar yenə ləğv olunub.

Əqli mülkiyyətin lisenziyalaşdırılması ilə məşğul olan “VirnetX” kompaniyası müxtəlif texnologiyalara aid iri patent portfelinə malikdir. “VirnetX” artıq “Microsoft”, “Cisco” və başqa bu kimi korporasiyalarla məhkəmə çəkişmələri aparıb. Nəticədə “Microsoft” korporasiyası “Skype” proqramında istifadə olunan texnologiyalara aid patentlərdə qaydaları pozduğuna görə şirkətə 200 milyon dollardan çox cərimə ödəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
889 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...