ANS 1 milyon manat təzminat istəyir

ANS 1 milyon manat təzminat istəyir


ANS Müstəqil Yayım və Media Şirkəti 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Qeyd edək ki, ANS-in Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı çıxardığı qərarın ləğvi barədə iddiası 9 sentyabrda məhkəmə tərəfindən təmin edilməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.

“ANS ÇM” iddiasında MTRŞ-nın lisenziyanın ləğvi barədə qərarının qanunsuz və etibarsız sayılmasını və 1 milyon manat təzminat, həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri görülməsi (məhkəmənin nəticəsi məlum olana qədər radionun yayımının bərpası) istənilirdi.

Qeyd edək ki, ANS-in bağlanmasına səbəb telekanal əməkdaşının Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənlə müsahibə götürməsi olub.

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər.

18 iyul 2016-cı il tarixdə Milli Televiziya və Radio Şurasının iclasında ANS ÇM-ə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilib, həmçinin "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımı bir ay müddətinə dayandırılıb və lisenziyanın qüvvəsinə xitam verilməsi barədə məhkəməyə müraciət edilib.

29 iyulda Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda müraciətə baxılıb və təmin edilib. ANS həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti versə də, qərar qüvvədə saxlanılıb./bizimyolinfo/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 038 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...