Ermənistanda vergilər azaldıldı

Ermənistanda vergilər azaldıldı


Ermənistan parlamentinin bugünkü iclasında yeni Vergi kodeksi layihəsi üçüncü oxunuşda qəbul edilib.

“Qafqazinfo” xəbər verir ki, sənədin leyhinə 78 deputat səs verib, 19 nəfər əleyhinə olub.

Səsverməyə qədər yeni kodeksə parlamentin müxalifətdən olan “İrs”, “Çiçəklənən Ermənistan”, “Erməni dirçəlişi” fraksiyaları etirazlarını bildiriblər.

Müstəqil deputat Edmon Marukyan bəyan edib ki, yarım il sonra Ermənistan özünün kredit öhdəliklərini yerinə yetirə bilməyəcək, bu kodeks bu məsələni həll etməyəcək, əksinə problemlər yaradacaq.

Yeni Vergi Kodeksinə görə, gəlir vergisinin dərəcəsini azaltmaq, dividentlərə tətbiq edilən verginin ləğv edilməsi nəzərdə tutulub.

Bundan başqa, kazinoların dövlət rüsumu 2,5 dəfə - 400 min dollardan 1,052 milyon dollara qədər artırılıb. Bu, verginin azaldılması ilə azalan gəliri kompensasiya edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
817 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...