Berti Foqts futbolçulara seks qadağası qoyubmuş...
Qana yığmasının sabiq baş məşqçisi Malik Cabir maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, 72 yaşlı mütəxəssis futbolçuların intim həyatlarının onların karyeralarına mənfi ziyan vurduğunu bildirib.
“Asante Kotoko” klubunun hazırkı çalışdırıcısı bildirib ki, futbolla seks arasında balans tapmaq lazımdı. Onun sözlərinə görə, cinsi əlaqə çox kalori aldığından, futbolçunun fiziki hazırlığına ziyandı: “Seks zamanı insan xeyli kalori itirir. Həddindən artıq cinsi əlaqədə olmaq futbolçunun fiziki hazırlığına mənfi təsir göstərir”.
Cabir Afrika futbolunun lazımi səviyyədə inkişaf etməməyini da sekslə əlaqələndirib: “Müasir futbolçulardan əksəriyyəti meydanda 90 dəqiqə tab gətirə bilmir. Çünki yorğun olurlar. Bilirsiz, yorğunluğun səbəbi nədi? Səbəbi odu ki, doyunca yatmırlar, lazımi qədər məşq etmirlər. Bir də həddindən artıq sekslə məşğul olurlar. Hətta məşqə və oyuna bir neçə saat qalanda da bu istəklərindən əl çəkmirlər. Qananın gözəl qızları bizim futbolçuları rahat buraxmırlar”.
Dünya futbol praktikasında bir neçə məşqçi futbolçularına seks qadağası qoyub. Yayılan məlumatlara görə, Azərbaycan yığmasının sabiq çalışdırıcısı Berti Foqts da karyerası ərzində bu qadağadan istifadə edib. O, 90-cı illərdə Almaniya yığmasını çalışdıranda futbolçularına oyunlar ərəfəsində cinsi əlaqəni yasaqlayıb.
Cabir də məhz bu qadağanın tətbiq olunmasının tərəfdarıdı: “Seksin öz vaxtı var, futbolun öz vaxtı. Buna riayət etməyən oyunçu heç vaxt əla karyera qura bilməz”.
781 dəfə oxundu