BMT Dövlət Gömrük Komitəsinə təşəkkür edib

BMT Dövlət Gömrük Komitəsinə təşəkkür edib


BMT Baş katibinin müavini, qurumun Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov məktubda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan səmərəli mübarizə tədbirlərinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə təşəkkürünü ifadə edib

Gundeminfo.az Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən illərdə olduğu kimi 2016-cı ilin cari dövrü ərzində də bəşəriyyət üçün ən böyük bəlaya çevrilən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının qətiyyətlə alınması məqsədilə ölkəmizin gömrük orqanları tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib. Belə ki, son illərdə gömrük infrastrukturu daha da modernləşdirilərək bu sahədə də ən müasir texniki vasitələrdən və üsullardan istifadə edilir. İri qabaritli nəqliyyat vasitələrinin yoxlama kompleksləri tətbiq olunmaqla gömrük nəzarəti və əməliyyat-axtarış fəaliyyətinin gücləndirilməsi, dünya təcrübəsində özünü doğrultmuş risklərin idarəetmə sisteminin geniş şəkildə tətbiqi, narkotik axtarışı üzrə təlim keçmiş itlərin sayının artırılması, gömrük əməkdaşlarının peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, beynəlxalq və regional təşkilatlarla, eləcə də digər dövlətlərin gömrük xidmətləri ilə əməkdaşlığın möhkəmləndirilməsi öz növbəsində narkotiklərlə mübarizə tədbirlərinin də səmərəliliyini artırıb.

Görülmüş tədbirlər nəticəsində 2016-cı ilin 9 ayı ərzində gömrük orqanları tərəfindən aşkar edilib, 89 fakt üzrə 98 faizindən çoxu heroin olmaqla 1 ton 132 kiloqramdan çox narkotik vasitə (o cümlədən 1 ton 112 kq heroin, 6,5 kq tiryək, 12 kq həşiş, 1,6 kq marixuana, 14 qr metadon və 92 qramdan çox və 150 ədəd həb psixotrop maddə) qanunsuz dövriyyədən çıxarılıb. Cari ildə 23 narkoqrup ifşa edilərək 12 nəfəri qadın, 107 nəfəri kişi olmaqla 119 nəfər barəsində təhqiqat və istintaq aparılıb, toplanmış materiallar müvafiq məsuliyyətə cəlb edilmələri üçün məhkəməyə göndərilib.

Saxlanılan şəxslərin 89 nəfəri Azərbaycan Respublikası, 22 nəfəri İran, 2 nəfəri Belarusiya, 1 nəfəri Rusiya, 1 nəfəri Gürcüstan, 1 nəfəri Hindistan, 1 nəfəri Pakistan, 1 nəfəri Tacikistan, 1 nəfəri isə Türkiyə vətəndaşıdır.

Əldə edilən uğurların nəticəsi olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin narkotiklərlə mübarizə sahəsində göstərdiyi səylər və qazandığı nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.

BMT Baş katibinin müavini, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyinə ünvanladıgı məktubunda da ölkəmizin ərazisindən tranzit yolla keçirilməsinə cəhd edilən böyük həcmdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasının mühüm əhəmiyyətini və digər dövlətlər üçün yaxşı nümunə olduğunu göstərməklə, Dövlət Gömrük Komitəsinə öz təşəkkürünü bildirib, təmsil etdiyi qurumun Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin gələcəkdə də bu istiqamətdə dəstək göstərməyə və əməkdaşlığa hazır olduğunu vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
873 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...