Qaçaq sərnişin təyyarədən düşüb öldü
Cənubi Afrikadan İngiltərəyə gedən "British Airways" təyyarəsinin təkarində gizlənən şəxs faciəoli şəkildə can verib.
Qaçaq sərnişin təyyarədən düşüb ölüb.
ANS PRESS-in məlumatına görə, Cənubi Afrikadan İngiltərəyə gedən "British Airways" təyyarəsinin təkərində gizlənən şəxs faciəli şəkildə can verib. O, Hetrou hava limanı yaxınlığında bir iş mərkəzinin damına düşüb. 25-30 yaşlarında olduğu güman edilən şəxs Yohannesburqdan Londona 13 min km məsafə uçub, lakin Londona eniş edə bilməyib. Təyarənin təkər hissəsində gizlənən daha bir şəxs isə təhlükəli uçuşa baxmayaraq sağ qala bilib. 11 saatlıq uşuşdan sonra tapılan şəxs xəstəxanaya çatdırılıb. Lakin həkimlər onun vəziyyətinin kritik olduğunu deyirlər. Xatırladaq ki, bu təyarə təkərində uçuşla bağlı ilk hal deyil. Belə ki, 2012-ci ildə mozambikli 26 yaşlı gənc Anqoladan İngiltərəyə bu üsulla gəlmək istəyib. Lakin o təyyarə eniş etməmiş ölüb. 2013-cü ildə isə İstanbuldan qalxan təyyarədə belə hadisə qeydə alınıb. Bu dəfə də sərnişin mənzilbaşına sağ çata bilməyib. Bu ilin aprel ayında isə 21 yaşlı indoneziyalı təyyarə təkərində 1 saatlıq uçuşla Cakartaya gedə bilib.
1 380 dəfə oxundu