Livanda 81 yaşlı general prezident seçildi

Livanda 81 yaşlı general prezident seçildi

Livan parlamenti prezident postuna Mişel Aunanı seçib. Bu barədə “Reuters” məlumat yayıb. Aun 128 deputatdan 65-nin dəstəyini alıb. Aun – “Hizbullah” qruplaşmasının çoxdankı müttəfiqidir. Onu kompromis namizəd kimi qərbyönümlü koalisiyanın lideri Saad əl-Hariri də dəstəkləyib. Oktyabrın 25-də namizəd patriarx Bşara ilə görüşərək din xadimlərinin dəstəyini qazanıb.

Xatırladaq ki, Livan 2014-cü ilin mayından prezidentsiz qalıb, həmin dövrdə Mişel Sülrymanın səlahiyyəti başa çatıb. Həmin vaxtdan yeni dövlət başçısını seçmək üçün 45 cəhd edilib, amma hamısı uğursuz başa çatıb. Livan hərbçisi və siyasi xadim general Mişel Naim Aun 1935-ci ildə Beyrutun cənubunda Haret-Hrayke əyalətində yoxsul, dindar ailədə anadan olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
856 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...