Xoşqədəm qadının başının kəsilməsini verilişə çıxardı - VİDEO

Xoşqədəm qadının başının kəsilməsini verilişə çıxardı -


Bildiyiniz kimi, bu yaxınlarda rayonların birində qadının başının kəsilməsi böyük müzakirələrə səbəb oldu.

Bu sözləri Xoşqədəm Hidayətqızının prodüseri Şahin Əhədov “Bizdən danış” verilişinin növbəti buraxılışı haqda Axar.az-a danışarkən deyib. Prodüser verilişdə müzakirə olunacaq məsələlərdən söz açıb:

“Qərara gəldik ki, “Qadınlara qarşı zorakılığa yox deyək” adlı bir aksiya təşkil edək, bu məsələni qabardaq. Verilişimizdə Vahid Əziz, Alim Qasımov, Aydın Mirzəzadə, Amaliya Pənahova kimi ziyalılar iştirak edəcək.

Bundan başqa, 18 yaşlı Məryəmin anası iddia edir ki, qızını aldadıb Suriyaya aparıblar. Anasına çarşabda fotolarını göndərib. Elnur adlı oğlanın iddiasına görə isə Xalisə adlı bir qadın onun qardaşı Farizi İranda girov saxlatdırıb. Bunlar haqda da verilişdə danışılacaq”.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızının apardığı “Bizdən danış” veriliş bu gün saat 16:00-da Xəzər TV-də efirə gedəcək.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
858 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...