"Samsung"un istehsalı olan 3 milyona yaxın paltaryuyan maşın geri çağırılıb

"Samsung"un istehsalı olan 3 milyona yaxın paltaryuyan maşın geri çağırılıb


Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ABŞ bazarına çıxardığı 2,8 mln. ədəd paltaryuyan maşını geri çağırıb. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb istehlakçıların məişət texnikasından istifadə edən zaman zədə almalarından şikayətçisi olmasıdır.

ABŞ-ın istehlak mallarının təhlükəsizliyi üzrə komissiyasının (CPSC) məlumatında bildirilib ki, geri çağırılma şirkətin ağır yükləməli 34 modelinə aid edilir. Bu paltaryuyan maşınlar istismar edilən zaman onlar silkələnir, üst qabağı gözlənilmədən açılır və istehlakçını zədələyir.

“Samsung Electronics” ilk dəfə sözügedən paltaryuyan maşınlarla bağlı 9 şikayət alıb. Onlardan biri çənənin sınması, digəri isə çiyin zədəsi ilə bağlı olub. Tədricən şikayətlərin sayı artaraq 733-ə çatıb.

Geri çağırılma qərarı 2011-ci ilin mart ayından 2016-ci ilin noyabr ayına qədər istehsal olunmuş paltaryuyan maşınlara şamil edilir. Təxminən 1 ay bundan əvvəl “Samsung” etiraf edib ki, bəzi model paltaryuyan maşınları təhlükəli ola bilər. Onu da qeyd edək ki, şirkət bir qədər əvvəl istehsalı olan “Galaxy Note 7” markalı smartfonlarını da bazardan geri çağırmaqla bağlı qərar qəbul edib. İstehlakçılar bu modeltelefonların partlamasından şikayətçidilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
895 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...