Tanınmış jurnalist reanimasiyadadır

Tanınmış jurnalist reanimasiyadadır


Həkim qeyd edib ki, təkrar qanaxma yaranarsa, bu xəstənin həyatı üçün təhlükəli ola bilər. Bu gün səhər saatlarında tanınmış jurnalist Zabil Müqabiloğlu 1 saylı Şəhər Kliniki Xəstəxanasının (Semaşko), reanimasiya şöbəsində yerləşdirilib. Bu barədə PİA.AZ-a jurnalistin yaxınları məlumat verib.

1 saylı Şəhər Kliniki Xəstəxanadan Zabil müqabiloğlunu müalicə edən həkimin verdiyi məlumata görə hazırda xəstənin vəziyyəti sabit ağırdır. Həkimin bildirdiyinə görə Zabil Müqabiloğlunun qaraciyərləndə bərkimə yarandığı üçün qan dövranında problem yaranıb və xəstənin qida borusunda vena partlayıb. Hazırda qanaxmanın durdurulduğunu bildirən həkim qeyd edib ki, təkrar qanaxma yaranarsa, bu xəstənin həyatı üçün təhlükəli ola bilər.

Xaitırladaq ki, Zabil Müqabiloğlu uzun illər boyu “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu “Gunxeber.com” saytına rəhbərlik edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
903 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...