Bakıda vətəndaşlara satılan dekoderlər xarab çıxdı

Bakıda vətəndaşlara satılan dekoderlər xarab çıxdı


Bakı və Abşeron yarımadasında analoq televiziya yayımının dayandırılmasından sonra “Azərpoçt”un filiallarında dekoderlərin satışı təşkil edilib.

Paytaxtın poçt məntəqlərindən Modern.az-a daxil olan məlumata görə, təklif edilən dekoderlərin əksəriyyəti qaytarılıb. Belə ki, satış qiyməti 22 manata olan dekoderlərin böyük əksəriyyətinin texniki nasazlığının olduğu aydınlaşıb.

“Azərpoçt”un Marketinq şöbəsinin müdiri Yaşar Əhmədov Modern.az-a faktı təsdiq edib. Amma bildirib ki, texniki nasazlığı olan cəmi 23 dekoder geri qaytarılıb: “Bildiyiniz kimi Bakı üzrə 300-dən çox poçt şöbəsində minlərlə vətəndaşa dekoderlərin satışı təşkil olunub. Ayrı-ayrı poçt şöbələrində texniki qüsurları olan dekoderlərin olmasına rast gəlinib”.

O deyib ki, vətəndaşın arzusuna uyğun olaraq, texniki qüsuru olan dekoderlər ya dəyişdirilib, ya da qaytarılıb.
Qeyd edək ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.

Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamada Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
985 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...