Türkiyənin “Cümhuriyet” qəzetinin baş direktoru da tutuldu

Türkiyənin “Cümhuriyet” qəzetinin baş direktoru da tutuldu

Türkiyənin “Cümhuriyet” qəzetinin baş direktoru Akın Atalay tutulub. “Report” xəbər verir ki, son günlər Almaniyada olan A.Atalay ölkəyə qayıdarkən İstanbulun hava limanında saxlanılıb. Polis onun hava limanını tərk etməsinə imkan verməyib.

Qeyd edək ki, Türkiyənin hüquq-mühafizə orqanları noyabrın 5-də “Cümhuriyet” qəzetinin rəhbərliyi və yazarlarına qarşı əməliyyat keçirib. Onlar PKK-KKC (terrorçu PKK qruplaşması və “Kürdüstan İctimaiyyəti İttifaqı" - “Report”) və Fətulahçı Terror Təşkilatı (FETÖ) - “Report” ) terrorçu qruplaşmaları ilə əməkdaşlıq etməkdə və onların xeyirinə təbliğat aparmaqda ttiham olunurlar.

"Cümhuriyet" qəzeti 1924-cü il mayın 7-dən etibarən gündəlik nəşr olunur. Qəzetin adını Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk qoyub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
844 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...