“Qalatasaray”da qalmaqal – Səlcuk İnan özündən çıxdı

“Qalatasaray”da qalmaqal –


Türkiyə superliqasında dünən keçirilən “Fənərbaxça” – “Qalatasaray” oyununun gedişatı zamanı qalmaqal baş verib.

Qol.az-ın “Hürriyyət” qəzetinə istinadən yaydığı xəbərə görə, buna “Qalatasaray”ın ehtiyatda qalan kapitanı Səlcuk İnanın ikinci hissədə də oyuna daxil edilməməsi səbəb olub. Fasilədən sonra meydanın kənarında isinmə hərəkətləri edən təcrübəli futbolçu baş məşqçi Jan Olde Riekerinkin üçüncü dəyişiklik haqqı zamanı da onun xidmətindən istifadə etməməsinə etirazını bildirib. Bundan sonra texniki zonada oturan oyunçu baş məşqçinin köməkçisi Ayhan Akmanla mübahisə edib.

Ayhan Akman “Sən kimsən ki, belə danışırsan” deyərək Səlcuka əsəbiləşib. Futbolçu isə “Mən “Qalatasaray”ın kapitanıyam. Arxamca iş görməyin” - deyə cavab verib. Baş məşqçi Riekerink də bu hərəkətinə görə Səlcuka hirslənib. Yalnız klubun meneceri Mert Çetinin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
847 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...