Jurnalisti mal bazarının qoçuları vəhşicəsinə döydülər - VİDEO

Jurnalisti mal bazarının qoçuları vəhşicəsinə döydülər -


Avropa.info-nun bölgə müxbiri Saleh Qafarlı İmişli rayonundakı mal bazarının rəhbərliyi tərəfindən zorakılığa məruz qalıb.
Avropa.info xəbər verir ki, bu gün səhər saatlarında İmişli rayonunun mal bazarında çəkiliş aparan Saleh Qafarlıya mal bazarının müdiriyyəti və onun saxladığı qoçu dəstəsi hücum edib.


Jurnalistin qanunsuz olaraq telefonu və kamerası əlindən alınıb və o vəhşicəsinə döyülüb. Nəticədə jurnalistin başı yarılıb və ona çoxsaylı bədən xəsarəti yetirilib.

Bundan sonra Saleh Qafarlı İmişli Rayon Polis Şöbəsinə aparılıb və hazırda orada saxlanılır. İmişli Rayon Polis Şöbəsindən Avropa.info-ya verilən məlumata görə Saleh Qafarlı izahatı alınmaq üçün polisə çağırılıb və məsələ ilə bağlı araşdırma aparılır.
Avropa.info-nun əldə etdiyi məlumata görə isə hazırda məsələ araşdırılmaq üçün İmişli rayon məhkəməsinə göndərilib.
Qeyd edək ki, Saleh Qafarlı bir neçə il bundan öncə İmişli rayonunda yerləşən mal bazarından çəkdiyi rüşvət video görüntüləri ölkədə böyük səs-küyə səbəb olmuşdu.

Həmin video görüntülərdə ləğv olunmuş Nəqliyyat Departamentinin əməkdaşlarının rüşvət alması görüntüləri öz əksini tapmışdı.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...