Qazaxıstanda Nursultan Nazarbayevə heykəl qoydular

Qazaxıstanda Nursultan Nazarbayevə heykəl qoydular

Çərşənbə günü Taldıkorqanda (ölkənin Almatı vilayətinin inzibati mərkəzi) Qazaxıstanın fəaliyyətdə olan prezidenti Nursultan Nazarbayevin heykəlinin təntənəli açılışı olub. Virtualaz.org bildirir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidmətinə istinadən RİA xəbər yayıb.

"Bu gün, müstəqilliyin 25-illiyi ərəfəsində, Taldıkorqan şəhərində birinci prezidentin adını daşıyan bağda dövlət başçısı Nursultan Abişeviç Nazarbayevin heykəlinin təntənəli açılış mərasimi oldu", - deyə xəbərdə bildirilir.

Qeyd olunur ki, 4,2 metr hündürlüyü olan abidə tuncdan, 4,5 metrlik dayaq hissə isə qəhvəyi qranitdən hazırlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
950 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...