“Azadlıq” qəzeti çapını dayandıra bilər

“Azadlıq” qəzeti çapını dayandıra bilər
“Azadlıq” qəzeti çapını dayandırmaq təhlükəsi qarşısındadır. "Turan" bildirir ki, bu barədə qəzetin müraciətində deyilir.
“Redaksiyanın ağır maliyyə vəziyyəti artıq gələn həftə qəzetin nəşrini davam etdirməsini sual altında qoyur. Iş o həddə çatıb ki, kağız, çap və kommunal xərclər üzrə faktiki ödəniş etmək imkanı yoxdur. Ən qısa müddətdə bu problemlərin aradan qaldırılmaması “Azadlıq”ın nəşrini mümkünsüz edəcək”, - qəzet yazır.


Qəzet iki məqamı (“Qasid” yayım firmasının “Azadlıq”ın satılmış nüsxələrinin pulu olan 69 min manatı redaksiyaya ödəməkdən imtina etməsini və KIV-ə Dəstək Fondunun “Azadlıq”la əməkdaşlığı dayandırmasını) xüsusi xatırladaraq, kömək üçün demokratik ictimaiyyətə müraciət ünvanlayıb və oxucularını qəzetin xilası kampaniyasında yaxından iştiraka çağırıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 306 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...