Azərbaycan radioları da rəqəmli yayıma keçəcəkmi?

Azərbaycan radioları da rəqəmli yayıma keçəcəkmi?


"Azərbaycanda rəqəmli radio yayımının standartları qəbul olunmayıb. Ümumiyyətlə, bu sahədə işlər aparılmayıb və nəzərdə də tutulmur".

Bu fikirləri "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda bütün radiolar FM analoq yayımda yayımlanır: "Dünyanın müxtəlif ölkələrində radiolar analoqla yanaşı, rəqəmsal yayımda da var. Məsələn, Almaniyada rəqəmsal radio yayımı yüz faizə yaxındır, amma əhalinin cəmi 10 faizi yayımın bu növündən istifadə edir. Avropa ölkələrinin əksəriyyətində rəqəmsal radio yayımı mövcuddur. Amma əhali analoq yayıma üstünlük verir. Çünki rəqəmsal radio yayımı əhali üçün bır sıra problemlər yaradır".

İ.Məmmədov bildirib ki, Azərbaycanda rəqəmsal radio yayımına keçilməsi əsasən avtomobillərdə problemə yol aça bilər: "Əgər Azərbaycanda rəqəmsal radio yayımı olarsa, avtomobillər üçün həmin yayımı əldə edən vasitənin ən ucuzunu 1000 manata əldə etmək mümkündür. Azərbaycanda hər bir radio üçün ayrıca analoq yayım ötürücüsü fəaliyyət göstərir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
879 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...