Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb
Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsini uğurla adlayan 16 komanda 8 cütlük təşkil edib. Bu mərhələdə qrup qalibləri ikinci yer sahibləri ilə üz-üzə gələcək. İlk oyunlar 2-ci yer sahiblərinin meydanında baş tutacaq.
Eyni qrupdan çıxan komandalar, həmçinin bir ölkə təmsilçilərinin qarşılaşa bilməyəcəyi 1/8 final bəzi maraqlı cütləri ilə diqqət çəkib. Belə ki, PSJ “Barselona”, “Bavariya” “Arsenal”a rəqib olub.
Bu mərhələnin qarşılaşmaları 4 həftə ərzində keçiriləcək. İlk oyunlar da, cavab görüşləri də iki həftə ərzində baş tutacaq. 1/8 final mərhələsinin birinci oyunları 2017-ci il fevralın 14-15 və 21-22-də keçiriləcək. İkinci qarşılaşmalar isə martın 7-8 və 14-15-də baş tutacaq.
Çempionlar Liqası
1/8 final
“Mançester Siti” (İngiltərə) - “Monako” (Fransa)
“Real” (İspaniya) - “Napoli” (İtaliya)
“Benfika” (Portuqaliya) - “Borussiya” (Dortmund, Almaniya)
“Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə)
“Porto” (Portuqaliya) - “Yuventus” (İtaliya)
“Bayer” (Almaniya) - “Atletiko” (İspaniya)
PSJ (Fransa) - “Barselona” (İspaniya)
“Lester” (İngiltərə) - “Sevilya” (İspaniya)
940 dəfə oxundu