“Space”in xüsusi müxbiri Mosulda çəkiliş aparıb - VİDEO

“Space”in xüsusi müxbiri Mosulda çəkiliş aparıb -


İraq ordusu hərbi əməliyyatlar nəticəsində Mosulun İŞİD-dən azad edilməsi gedişində daha 7 bölgəni geri alıb və 19 yaraqlını məhv edib. Modern.az xəbər verir ki, “Space” televiziyasının Türkiyədəki xüsusi müxbiri Vüsalə Abbasova dünya xəbər agentliklərinin çəkiliş aparmaqda çətinlik çəkdiyi həmin əraziləri lentə alıb.

İraq Müdafiə Nazirliyindən verilən məlumata görə, ordu hissələri Mosulun şimalında yerləşən əl-Qahirə məhəlləsinin təxminən üçdə birini, qərb istiqamətində isə 6 kəndi geri alıb.

Xatırladaq ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı artıq 40 gündür ki, davam edir. Əməliyyatlara ABŞ başda olmaqla beynəlxalq koalisiyanın döyüş təyyarələri dəstək verir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
920 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...