Bu il dünyada 144 jurnalist ölüb - Son 10 ilin rekordu

Bu il dünyada 144 jurnalist ölüb -


Bu il dünyada jurnalist ölümü son 10 ilin rekordunu təzələyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Press Emblem Campaign” qeyri-hökumət təşkilatının ilin yekununa dair məruzəsində yer verilib. Qurumun məlumatına görə, 2016-ci ilin əvvəlindən bu günədək 31 ölkədə 144 jurnalist həlak olub. Bu rəqəmlər son 10 ildə rekord hesab edilir. Təşkilatın araşdırmalarına əsasən, bu il ərzində İraqda 16 mətbuat işçisi həlak olub. İraqdan sonra isə beşliyi Suriya (14), Yəmən (9), Əfqanıstan (12) və Meksika (12) tamamlayır.

O da qeyd edilir ki, göstərilən ümumi rəqəmin (144) içərisinə noyabrda Braziliyadakı təyyarə qəzasında ölən 20 jurnalist də daxildir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
846 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...