"Lider" televiziyasının rəhbərliyi MTRŞ-ya çağırılıb

"Lider" televiziyasının rəhbərliyi MTRŞ-ya çağırılıb

""Lider" televiziyasında yayımlanan "Çıxış yolu" verilişi bağlanıb". Bunu "Report"a Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov deyib. Onun sözlərinə görə, "Lider" televiziyasının rəhbərliyi şuraya dəvət edilib: "Bu gün televiziyanın rəhbəri şuraya dəvət eilib və verilişlə bağlı müzakirə aparılıb. TV rəhbərliyi həmin verilişi bağladığıqlarını dedi".

MTRŞ-nın bu cür halları qətiyyətlə pislədiyini deyən T.Məmmədov şuranın efirdə problemli insanlar üzərindən şouların yaradılmasına qarşı bundan sonra da mübarizə aparacağını deyib: "Şura efir və səhnə mədəniyyətinə, etik normalara əməl olunmasına ciddi nəzarət edir".

Qeyd edək ki, "Lider" televiziyasının efirində yayımlanan "Çıxış yolu" verlişinin sonuncu buraxılışında nalayiq ifadələrdən istifadə olunub, söyüş söyülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 046 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...