"Azercell" yeni il münasibəti ilə kampaniya keçirir

"Azercell" yeni il münasibəti ilə kampaniya keçirir


Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkəti yeni il münasibəti ilə abunəçilərinə “Yeni il 2017” kampaniyasını təqdim edir.

Şirkətdən bildirilib ki, “Azercell” yeni kampaniya çərçivəsində müştərilərinə iki fərqli 4G smartfon seçimi və sərfəli danışıq fürsəti verir. Belə ki, bugündən etibarən şirkət abunəçiləri kampaniyaya qoşularaq, 1 il ərzində ayda sadəcə 25 manat ödəməklə “Lenovo 2016 + 5GB internet” və ya ayda cəmi 45 manat ödəməklə “General Mobile 5+ smartfonu + 5GB internet” əldə edəcəklər.

Bununla yanaşı, kampaniya çərçivəsində abunəçilər ölkə daxilində sərfəli danışmaq imkanı qazanacaqlar. Kampaniyaya qoşulmaq üçün abunəçilər “Azercell Müştəri Xidmətləri”, “Azercell Express”lərə və “Bakı Diler Şəbəkəsi”nə müraciət etməlidirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
936 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...