Vitali Rəhimovun olimpiya medalı əlindən alındı

Vitali Rəhimovun olimpiya medalı əlindən alındı


Güləşçi Vitali Rəhimovun Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal geri alınıb. Gundeminfo.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsinin bununla bağlı qərarı yerinə yetirilib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib.

Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Vitali Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.

Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medalı və diplomunu geri qaytarmalı idi. Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdirəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
968 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...