Çin Afrikanı MDB ölkələri ilə birləşdirmək istəyir

Çin Afrikanı MDB ölkələri ilə birləşdirmək istəyir

Çin XİN rəhbəri Van İ Madaqaskara səfəri zamanı Afrika ölkələrini “Bir kəmər – yol” iqtisadi inkişaf strategiyasının reallaşdırılmasında iştirak etməyə dəvət edib.

Bu barədə RİA Novosti xəbər yayıb. Nazirin sözlərinə görə, Afrika ölkələri tarixən İpək Yolu iqtisadi kəmərinin tərkib hissəsi olublar. Çin XİN rəhbəri qeyd edib ki, rəsmi Pekin məsələ ilə əlaqədar bir çox Afrika ölkələri ilə məsləhətləşmələr apararaq, irəliləyişə nail olub.

Xatırladaq Van İ yanvarın 7-dən Madaqaskar, Zambiya, Tanzaniya, Konqo və Nigeriyaya turne həyata keçirir. Onun səfəri ayın 12-də başa çatacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
882 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...