Avropa Oyunlarına görə mətbuatın işi yoxlanılacaq

Avropa Oyunlarına görə mətbuatın işi yoxlanılacaq

Mətbuat Şurası Avropa Oyunları ilə bağlı jurnalistlərin fəaliyyətini yoxlayacaq.

Bu barədə AzVision.az-a Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O, bildirib ki, Avropa Oyunları Azərbaycan tarixində bu günə qədər təşkil olunmuş ən böyük tədbir və idman yarışı idi.

“Azərbaycan bu yarışı uğurla keçirdi. İdmançılarımız çox sayda medallar qazandılar və cədvəldə ikinci yeri tutdular. Bu sayaq tədbirlər hansı ölkədə keçirilirsə, mütləq o tədbir həmin xalqın həyatında çox mühüm rol oynayır, o xalqın gücünü birləşdirir, xalqla ölkə rəhbəri arasında əlaqələr daha da möhkəmlənir. İlk Avropa Oyunları da Azərbaycanın həyatında bu sayaq rol oynayan bir tədbir oldu. Azərbaycan idman ölkəsi kimi öz imzasını dünyada tanıtdı”.

Ə.Amaşov onu da qeyd etdi ki, istər-istəməz Azərbaycan bu vaxta kimi şərq ölkəsi, neft-qaz ölkəsi kimi tanınırdı. Amma bu mötəbər tədbirdən sonra, açılışda, oyunlar müddətində, bağlanışda Azərbaycan özünün tarixini, mədəniyyətini təbliğ etdi və özünü müasir inkişafa malik ölkə kimi tanıtdı.

Avropa Oyunlarını inşıqlandıran jurnalistlərdən söz açan MŞ sədri vurğulayıb ki, media nümayəndələri elit yarışlarda üzərilərinə düşən missiyanı layiqincə yerinə yetirdilər: “Oyunlar Azərbaycan xalqının həyatında önəmini dərindən anladılar və öz fəaliyyətlərini bu istiqamətdə qurdular. Jurnalistlərimiz hadisələrə peşəkar yanaşmaqla bərabər, həm də çox vətənpərvər davrandılar”.

Ə.Amaşov onu da qeyd edib ki, Avropa Oyunlarının yerli mediada işıqlandırılması ilə bağlı monitoriqnlər aparılacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 258 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...