"Azercell" abunəçiləri arasında 2016-cı ildə müştəri məmnuniyyəti üzrə artım

"Azercell" abunəçiləri arasında 2016-cı ildə müştəri məmnuniyyəti üzrə artım


Hər zaman müştəri xidmətlərinin keyfiyyətinə fikir verən "Azercell" abunəçilərinin müştəri məmnunluğu 2016-cı ildə artıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Azercell" abunəçiləri arasında müştəri xidməti nümayəndələrinin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə keçirilən sorğunun nəticələrinə əsasən, "Azercell"in Müştəri Xidmətlərinin işi yüksək qiymətləndirilib.

Belə ki, müştəri xidmətlərinin işindən razılıq səviyyəsi 2015-ci ildə qeydə alınan 79%-dən, 2016-cı ildə 83%-ə qədər yüksəlib.

Yüksək nəticə özünü Abunəçi Loyallığı İndeksi NPS (Net Promoter Score) üzrə də göstərib, belə ki, "Azercell" 2016-ci ildə yerli mobil rabitə bazarında NPS göstəricisi üzrə liderliyini goruyub. Xatırladaq ki, 2014-cü ildə "Azercell" Azərbaycanda NPS Abunəçi Loyallığı İndeksini ölçməyə başlayan ilk şirkət olub. Bu indeks istehlakçının məhsul və ya şirkətə bağlılığını (xidmətlərini tövsiyə etmək hazırlığını) müəyyən edir. Bu unikal qiymətləndirməni tətbiqi etməklə, "Azercell" ölkədə hər zaman uğurlu təcrübənin bariz nümunəsi hesab olunan özünün müştəri xidmətləri sahəsində liderliyini bir daha təsdiq edib. İstifadəçilərin bağlılığının qiymətləndirilməsi üzrə bu yenilikçi modelin tətbiqi "Azercell"ə öz müştərilərinin ehtiyacını daha dərindən anlamağa və gələcək fəaliyyətini onların istəklərinə uyğun istiqamətləndirməyə imkan verir. 2016-cı ildə "Azercell" eyni zamanda müştəri məmnunluğunu qorumaq və artırmaq üçün texniki bazasını təkmilləşdirib və şirkət əməkdaşlarının təlimləndirilməsi yönündə bir çox işlər həyata keçirib.

Məlumat üçün bildirək ki, "Azercell" Müştəri Xidmətləri sahəsində innovativ yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz müştərilərinə yalnız üz-üzə deyil, həm də virtual, "online" şəkildə xidmət göstərən "Azercell" bu xidmətin keyfiyyətini yüksəldir. Bundan əlavə Xidmət Mərkəzlərinə müxtəlif səbəblərdən gələ bilməyən abunəçilərin yanına "Azercell" özü gələrək onlara xidmət göstərir. "Azercell"in Mobil Müştəri Xidmətləri Azərbaycanın rayon və şəhərlərinə səfər edərək vətəndaşların istək və gözləntilərini rahat və operativ şəkildə həyata keçirir. Səfərlər zamanı abunəçilərə Müştəri Xidmətləri və AzEx ofislərində "Azercell" tərəfindən təqdim olunan bütün xidmətlər göstərilir. "Azercell" öz abunəçilərinə ən böyük müştəri xidmətləri şəbəkəsi olan 63 Ön Masa və "Azercell Ekspres" ofisləri və ən geniş satış şəbəkəsi olan 393 rəsmi satış məntəqəsi vasitəsilə xidmət edir. Bu məntəqələr "Azercell" abunəçilərinə daim yüksək keyfiyyətli xidmət göstərmək üçün bütün ölkə boyu fəaliyyətdədir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı "Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan "Azercell"in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər "Azercell"in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən "Azercell Ekspres" ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə "Azercell" ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan "Global Wireless Solutions" şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən "Azercell" şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
793 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...