Ramazanda toy etmək olarmı?

Ramazanda toy etmək olarmı?


Ramazanda toy etmək olarmı? Ümumiyyətlə, orucluqda toy və yas mərasimləri necə olmalıdır?

GUNDEMİNFO.AZ xəbər verir ki, Publika.az-ın suallarını Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli cavablandırıb.

İlahiyyatçının sözlərinə görə, adətən, Ramazan ayında toy edilmir. Bu, iftara qədər yemək yeyilməməsi ilə bağlıdır: “Ramazan ayında insanlar oruc tutduqlarına görə, iftara qədər yemək verilmir. Həm də bu, təkcə toylara aid deyil, yas mərasimlərində də iftara qədər yemək verilmir. Bu il Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən din xadimlərinin qarşısında belə bir məsələ qaldırıldı ki, əgər iftardan qabaq yemək veriləcəksə, yas mərasimlərində iştirak etməsinlər.

Hacı Şahinin Həsənlinin sözlərinə görə, indi orucluq yaya düşdüyündən, iftar vaxtı saat 21:30-dan sonraya düşür və bu da toy etmək üçün münasib deyil. İlahiyyatçının bildirdiyinə görə, digər tərəfdən, Həzrəti Əlinin şəhid olduğu günlər Ramazan ayında olduğuna görə, xalqımız buna hörmət əlaməti olaraq Ramazan ayında toy etmir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 449 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...