Həccə gedənlərə xəbərdarlıq Jurnalist fəaliyyəti ilə məşğul olmayın

Həccə gedənlərə xəbərdarlıq


Səudiyyə Ərəbistanı Krallığı bu il Həcc ziyarəti zamanı jurnalistlərin Məkkəyə və Mədinəyə daxil olmasına məhdudiyyət qoyub.

QMİ-dən APA-ya verilən məlumata görə, həmin vaxt Azərbaycandan gedəcək zəvvarların jurnalist fəaliyyəti məşğul olmasına qadağa qoyulacaq.

Səudiyyə Ərəbistanı Həcc Nazirliyi bildirib ki, peşəsindən asılı olmayaraq, hər bir müsəlman viza qaydalarına əməl etməklə yalnız zəvvar kimi ziyarətə gedə bilər. Krallıq Həcc ziyarəti zamanı hər hansı KİV-in çəkiliş aparmasına məhdudiyyət qoyub. Bu qərarın bölgədəki münaqişələrlə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində qəbul edildiyi bildirilir.

Qeyd edək ki, Azərbaycanda hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla olmayacaq. Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 295 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...