Barak Obama Ukraynada dövlət çevrilişində ittiham edildi

Barak Obama Ukraynada dövlət çevrilişində ittiham edildi

ABŞ-ın Nyu-York və bir sıra digər şəhərlərində Ukraynadakı Maydan hərəkatının ildönümünə həsr olunmuş yürüşlər keçirilib. Aksiyaları Beynəlxalq Şiller İnstitutu təşkil edib.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, aksiyaların gedişində onun iştirakçıları yerli əhali arasında vərəqələr paylayaraq, həmin müraciətlərdə ABŞ-ın keçmiş prezidenti Barak Obamanı Kiyevdə zorla dövlət çevrilişinin təşkilində ittiham ediblər.

Aksiya iştirakçıları “Obama – həbsxanaya!” və “Bizim düşmənimiz Corc Sorosdur” yazılmış şüarlar qaldırıblar.

Şiller İnstitutunun rəsmi nümayəndəsi Dayana Ser bildirib ki, bütün dünya 3 il öncə Kiyevdə əsl həqiqətdə nələrin baş verdiyini bilməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
913 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...