BDU-da 31 mart soyqırımı qurbanları anılıb - FOTOLAR
Bakı Dövlət Universitetində (BDU) 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilib.
BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, universitetin professor-müəllim heyətinin iştirak etdiyi tədbiri açan rektor, akademik Abel Məhərrəmov Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını, tarixin bütün dönəmlərində erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını diqqətə çatdırıb. 1918-ci il 31 mart soyqırımından bəhs edən rektor ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanıların soyqırımı haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini qeyd edib.
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar çarxın nümayişindən sonra Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri dövlət cinayətləri adlandıraraq faktlarla ətraflı məlumat verib.
Sonda tələbələr adından Tarix fakültəsinin tələbəsi Ayan Kərimova çıxış edib.
757 dəfə oxundu